Bakı. Trend:
Rusiyanın “Lukoyl” neft şirkəti kütləvi haker hücumuna məruzqalıb. Şirkətin əməkdaşlarına problem aradan qalxana qədər xidmətikompüterlərdən istifadə etmələri qadağan edilib.
Trend xəbər verirki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, artıq istifadəçi adı və şifrələri ilə “Lukoyl”undaxili şəbəkəsinə qoşulan işçilərin dərhal sistemdən çıxmalarıtələb olunub.
Eyni zamanda şirkətə aid yanacaq doldurma məntəqələrində bankkartları ilə ödənişlərdə çətinliklər yaranıb.