AZ

Stress hormonu kortizolun yüksək olmasının– 10 əlaməti


Bədəndə kortizol həddindən artıq çox ifraz olunduqda immun sistemi zəifləyir,insanın xarici görünüşü pisləşir, psixo-emosional problemlər yaranır.


Kortizol stress hormonudur: adrenal vəzlərində istehsal olunur və onun əsas funksiyası stress zamanı bədəni enerji ilə təmin etmək və qorumaqdır. Kortizol qanda şəkəri səviyyəsinin yüksəlməsinə səbəb olur və həmçinin qan təzyiqini yüksəldir, bu da bədəni səfərbər edir, gərgin, potensial təhlükəli vəziyyətə tab gətirməyə kömək edir.


Bununla belə, stress çox güclü və ya xroniki olduqda, kortizol davamlı istehsal olunduğu üçün çox vaxt balanssızlaşır. Onun səviyyəsinin belə artması bədənə zərər verə, müxtəlif pozğunluqlar və xəstəliklərə səbəb ola bilər

Aşağıdakı simptomlar bədəndəki kortizol səviyyəsinin çox yüksək olduğunu sənə göstərir:

Tez-tez soyuqdəymə, infeksiyalara həssaslıq

Yuxu pozğunluqları, yuxusuzluq

Kortizol səhərlər bədən tərəfindən ən intensiv şəkildə istehsal olunur. Gecə yaxınlaşdıqca qanda kortizol səviyyəsi ən aşağı səviyyəyə enir, yuxululuğa, sonra isə dərin yuxuya səbəb olur. Bununla belə, kortizol səviyyəsi anormal dərəcədə yüksəldikdə, insanın yaxşı yatması üçün kifayət qədər azalmır. Bu, ilk növbədə yuxuya getmə ilə bağlı problemlər yaradır.


Yüksək qan təzyiqi (hipertoniya)

Kortizolun təsiri altında qan damarlarının divarlarına qan təzyiqi artır. Qısa müddətli stress və bu hormonun sərbəst buraxılması ilə belə bir reaksiya səfərbər olmağa kömək edir - problem aradan qalxdıqda, bədən əvvəlki iş rejiminə qayıdır. Lakin kortizolun uzun müddət sərbəst buraxılması və qanda yığılması ilə qan təzyiqi daim yüksəlir, bu da ürək-damar xəstəlikləri riskini artırır.

Libidonun azalması

Həddindən artıq yüksək kortizol reproduktiv sistemin fəaliyyətini maneə törədir, qadınlarda menstrual dövrünün qısalmasına, həmçinin libidonun azalmasına səbəb ola bilər.

Osteoporoz
Həddindən artıq kortizol sümük sıxlığına mənfi təsir göstərir, çünki bağırsaqlarda kalsiumun sovrulmasını azaldır və onun böyrəklər vasitəsilə xaric edilməsini artırır ki, bu da sümüklərin möhkəmliyi üçün vacib olan bu elementin çatışmazlığına səbəb olur. Bundan əlavə, stress hormonu yeni sümük toxumasının formalaşmasına cavabdeh olan osteoblastların fəaliyyətini maneə törədir.

Kökəlmək

Yüksək kortizol beynə stress haqqında siqnal verir, bu da bədənin xərclərini doldurmaq üçün tez enerji mənbələri tapmasını tələb edir. Bu, yüksək kalorili, yağlı və şirin qidalara daimi həvəsə səbəb olur.


Aygün Musayeva


Seçilən
32
medicina.az

1Mənbələr