İtaliya A Seriyasının ən bahalı futbolçuları siyahısına “İnter”in üç futbolçusu daxil edilib.
Futbolpress.az xəbər verir ki, “Transfermarkt”ın son qiymət yeniləməsinə əsasən, reytinq lideri “İnter”in hücumçusu Lautaro Martinesdir. Onun dəyəri 95 milyon avrodur. İkinci yerdə müdafiəçi Alessandro Bastoni qərarlaşıb, onun dəyəri 80 milyon avro qiymətləndirilib. O, yarımmüdafiəçi Nikolo Barella ilə eyni pillələri bölüşür.
Dördüncü və beşinci yerləri hər birinin transfer qiyməti 75 milyon avro olan “Milan”dan Rafael Leao və “İnter”dən Markus Trüam tutub.
“Transfermarkt” portalının ekspertləri daha əvvəl bütün oyunçuların ümumi dəyərinə əsasən İtaliya A Seriyasının ən bahalı klubu kimi “İnter”i müəyyən ediblər.