“Bayern”in fransalı keçmiş cinah hücumçusu Frank Riberi karyerasının son dönəmində yaşadığı qorxunc əhvalatdan söhbət açıb.
Arena.az “Ekip” nəşrinə istinadən məlumat verir ki, Riberi infeksiyaya yoluxduğunu və ayağını itirmək qorxusu yaşadığını açıqlayıb:
“Mən qüvvətli infeksiyaya yoluxmuşdum. Məni didib-tökürdü. İki həftə həblər qəbul etdim, təpitməni götürdülər, amma infeksiya məni yeməyə davam edirdi. Hər şey o qədər pis idi ki, ayağımda dəlik yaranmışdı. Mən stafilokoka yoluxmuşdum. Mən Avstriyadakı xəstəxananın təxirəsalınmaz yardım şöbəsində 12 gün yatdım. Çox qorxmuşdum. Mənim ayağımı kəsə bilərdilər”, deyə Riberi dəhşətlə xatırlayıb.
Xatırladaq ki, Riberi karyerası ərzində “Bulon”, “Olimpik” (Ales), “Brest”, “Mets”, “Qalatasaray”, “Olimpik” (Marsel), “Bayern”, “Fiorentina” və “Salernitana”da çıxış.
Riberi daha çox “Bayern”də çıxışı ilə diqqət çəkib, Almaniya nəhəngi ilə bütün mümkün ali klub yarışlarını qazanıb.
Frank Riberi həmçinin Fransa yığmasının aparıcı futbolçusu olub. O, “xoruzlar”la 2026-cı il dünya çempionarının gümüş mükafatçısı olub.