Türkiyədə rejissor və yutuber İlkər Canikligil sosial mediada paylaşdığı bir videoda “aşağı təbəqə” kimi ifadə etdiyi insanlara qarşı “toplu qətliam” çağırışı etməsi səbəbilə haqqında istintaq başladılıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Məlumata görə, Canikligil “cinayət törətməyə açıq çağırış” və “ictimai nifrət və düşmənçiliyə təhrik” maddələri üzrə saxlanılıb. O, məhkəməyə çıxarıldıqdan sonra həbs olunub.