AZ

Putin 25 ildə Rusiyanı qoruya bildimi?

Vladimir Putin artıq 25 ildir ki, hakimiyyətdədir.

1999-cu ilin yeni il gecəsi Moskvada təcili xəbər yayıldı – Rusiyanın Prezidenti Boris Yeltsin istefa verir!

Bununla da Vladimir Putinə Rusiyanın lideri olmaq üçün yol açıldı.

Həmin vaxt Putin ölkənin Baş naziri idi. Üç ay sonra keçirilmiş Prezident seçkilərində isə o, qələb qazandı.

Yeltsin Kremli tərk edərkən Putinə belə bir tapşırıq vermişdi: "Rusiyadan muğayat ol!"

Bəs, görəsən, Putin bu 25 il ərzində Rusiyanı qorumağı bacarıbmıʔ

Bu sualı BBC-nin Rusiya redaktoru Steve Rosenberg keçən ilin sonu elə Putinin özünə verib.

Putinin cavabı isə belə olub: "Bəli. Nəinki onu qorumuşam, biz uçurumun kənarından geri qayıtmışıq".

Rusiya artıq üç ildir ki, Ukrayna ilə müharibə aparır.

Bu müddət ərzində Ukraynanın, təxminən 20 faiz ərazisi işğal olunub, 10 milyon ukraynalı isə qaçqın düşüb.

Rusiya da itirib. Putinin Ukraynaya hücum qərarından sonra onun şəhər və kəndləri Ukraynanın dron hücumlarına məruz qalıb.

Ukrayna ordusu Rusiyanın Kursk vilayətinin bir hissəsini işğal edib.

Beynəlxalq sanskiyalar Rusiya iqtisadiyyatını təzyiq altında saxlayır.

Videoya Youtube kanalımızda baxın.

Seçilən
91
bbc.com

1Mənbələr