"Milan" qapıçısı Mayk Maynyan ilə müqaviləni yeniləməyib.
90deqiqe.Az-ın "TEAMtalk"a istinadən verdiyi xəbərə görə, "Milan" Çempionlar Liqasına vəsiqə qazana bilməsə, oyunçularını satmalı olacaq və ilk "qurban" fransalı qolkiper ola bilər.
“Çelsi” və “Aston Villa”dan 29 yaşlı oyunçu ilə maraqlanır.
"Milan" Maykın müqaviləsini uzatmasa, yayda onun transfer qiyməti 40 milyon avro civarında ola bilər.
Qeyd edək ki, hazırkı əmək müqaviləsi Mayk Maynyanın 2029-cu ilin ortalarına qədər "Milan"a bağlayır.