"Liverpul" yayda "Yuventus"un müdafiəçisi Andrea Kambiasonu transfer etməyi planlaşdırır.
QOL.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Mersisaydlılar 25 yaşlı futbolçunu "Real"a keçəcəyi gözlənilən Trent Alexander-Arnoldun əvəzləyicisi kimi nəzərdən keçirirlər.
Kambiaso 2022-ci ildən "Yuventus"da çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 35 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.