AZ

“Bavariya”nın üzvü üçün mövsüm başa çatdı

“Bavariya” xoşagəlməz xəbər alıb. Münhenlilərin sol cinah müdafiəçisi Alfonso Devis ağır zədələnib.

Bizim.Media xəbər verir ki, Kanada yığmasının üzvü millinin düşərgəsində olarkən zədə almışdı.

Müayinələr yekunlaşıb və Devisin mövsümü erkən başa vurduğu aydınlaşıb. “Bild” müdəfizəçinin çarpaz diz bağlarının qırıldığını yazır. Belə zədələr adətən 8-9 aya sağalır.

Alfonso 2019-cu ildən “Bavariya”da oynayır. Onun müqaviləsi bu mövsümün sonunda başa çatırdı. “Real”a keçmək üzrə olan müdafiəçi son anda fikrini dəyişdi və fevralın əvvəlində münhünlilərlə 5 illik yeni müqavilə bağladı.

Rəşad Rafiqoglu, Bizim.Media

Seçilən
7
bizim.media

1Mənbələr