AZ

Türkiyədə bu dəfə Uludağda hotel YANDI - Ölən var

  Türkiyənin Bursa vilayətinin Uludağ rayonunda yerləşən "Kervansaray" hoteldə yanğın baş verib.

Referans.az xəbər verir ki, yanğın qısamüddətdə genişlənərək binaya yayılıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları cəlb edilib.

Bursa Böyükşəhər Bələdiyyə sədri Mustafa Bozbey yanğında 1 nəfərin öldüyünü, 4 nəfərin isə xilas edildiyini açıqlayıb.

Xatırladaq ki, Bolu vilayətinin Kartalkaya rayonunda yanvarın 21-də baş verən yanğın nəticəsində 78 nəfər həlak olub, 50-yə yaxın insan xəsarət alıb. Ölkədə matəm elan edilib.//publika.az  


Seçilən
36
3
referans.az

4Mənbələr