AZ

Türkiyədə hoteldə yanğın - Ölənlər var-YENİLƏNİB

Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Bursa şəhərinin Uludağ rayonunda lisenziya müddəti başa çatmış oteldə baş vermiş yanğında 2 nəfər həlak olub.

Hafta.az bu barədə türk Kiv-lərinə istinadən xəbər verir.

Məlumata görə, yanğının xizək təlimçilərinin eyvanda manqal yandırdığı zaman yuxarı hissənin alışması ilə başladığı bildirilir. Alovlar qısa müddətdə böyüyərək oteli bürüyüb.

Yanğın zamanı oteldə və xizək mərkəzində çalışan 12 nəfərin binanın içində olduğu məlum olub. Türkiyənin xizəkçilik və snoubord üzrə təlim dərnəyinin sədri Yahya Usta, onun həyat yoldaşı Fikriyə Usta və oğlu - 24-cü Pekin Qış Olimpiya Oyunlarında Türkiyəni təmsil edən xizəkçi Berkin Usta tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Sonuncunun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

***

Türkiyənin Bursa vilayətində yerləşən hoteldə güclü yanğın baş verib.

Hafta.az türk mətbuatına istinadən xəbər verir ki, Uludağda baş verən yağında 1 nəfər ölüb.

Bursa Böyükşəhər Bələdiyyənin sədri Mustafa Bozbey 4 nəfərin xilas edildiyini bildirib. 

Hoteldə işləyən 12 nəfərdən 9-u xilas edilib, 3 nəfər huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb.

Yanğının səbəbi müəyyən olunmayıb.

Qeyd edək ki, hotel 78 nəfərin həlak olduğu Kartalkaya faciəsindən sonra fəaliyyətini dayandırıb.

Seçilən
46
hafta.az

1Mənbələr