AZ

Türkiyə konsulu Ermənistan konsulluğuna getdi

Türkiyənin Hələbdəki baş konsulu Müəmmər Hakan Çingiz və vitse-konsul Ərin Ermənistanın Baş Konsulluğuna baş çəkib.

Axar.az xəbər verir ki, Ermənistanın Hələbdəki baş konsulu Ara Avetisyan Çingizi uzun fasilədən sonra Türkiyə Konsulluğunun yenidən fəaliyyətə başlaması, təyinatı və Ramazan ayı münasibəti ilə təbrik edib. Avetisyan vurğulayıb ki, Ermənistan Respublikasının Baş Konsulluğu Hələbdə 30 ildən artıqdır ki, fəaliyyət göstərir və yarandığı gündən, hətta Hələbdəki mühasirə və müharibə zamanı da fəaliyyətini heç vaxt dayandırmayıb.

Avetisyan Ermənistandan Suriyaya humanitar yardımın daşınmasında Türkiyənin dəstəyinə və yük maşınlarının Türkiyə ərazisindən maneəsiz keçməsinə icazə verdiyinə görə Ankaraya minnətdarlığını bildirib.

Çingiz bildirib ki, diplomatik etika qaydalarına əsaslanaraq Hələbdə fəaliyyət göstərən yeganə diplomatik nümayəndəliyə baş çəkməyi və erməni həmkarı ilə tanış olmağı özünə borc bilib.

Tərəflər əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Seçilən
16
1
axar.az

2Mənbələr