1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rusiyanın Orenburq şəhərindən Bakıya birbaşa aviareyslər açılır.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Orenburq hava limanının Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, aprelin 20-dən etibarən hər həftənin bazar günü Rusiyanın "İrAero" aviadaşıyıcısı Orenburq hava limanından Bakı-Orenburq-Bakı marşrutu üzrə reysləri yerinə yetirməyə başlayacaq.
Bakıya birbaşa reyslər "Sukhoi Superjet 100" təyyarələri ilə həyata keçiriləcək.
Bakıdan yola düşmə saat 08:00-da, Orenburqa eniş 11:30-da, Orenburqdan uçuş 12:30-da, Bakıya eniş isə 14:00-dadır. Hər şəhər üçün yerli vaxt göstərilib. Uçuş müddəti təxminən 2.5 saatdır.
Aviaşirkətin məlumatına görə, "Standart" tarifi ilə bir tərəfə uçuş 14.6 min rubl (təxminən 294 manat), "Optimal+" seçimi ilə isə 18.3 min rubla (təxminən 369 manat) başa gələcək.