Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşüb.
Modern.az xəbər verir ki, görüş Yelisey sarayında baş tutub.
Danışıqlar “istəklilər koalisiyası”nın görüşündən əvvəl keçirilib.
Görüşün təfərrüatları açıqlanmayıb.
“İstəklilər koalisiyası”nın görüşünə 31 ölkənin nümayəndə heyətləri və liderləri qatılacaq.