Türkiyənin əhəmiyyətli xizək kurortlarından biri olan Uludağdakı Kervansaray otelində yanğın baş verib. Qısa müddətdə böyüyən yanğın 2 nəfərin ölümünə səbəb olub. Otellə bağlı diqqətçəkən detal ortaya çıxıb.
KONKRET.az xəbər verir ki, “Haber Qlobal”ın Mədəniyyət və Turizm Nazirliyindəki mənbələrdən əldə etdiyi məlumata görə, otelin turizm fəaliyyəti sertifikatının ləğv edilməsinə səbəb Kənd Təsərrüfatı və Meşə Nazirliyinin sənədləri ləğv etməsidir.
Belə ki, otelin tikildiyi torpaq Milli Parkın ərazisidir. Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi sənədi ləğv etdiyindən Mədəniyyət və Turizm Nazirliyi də turizm biznesi lisenziyasını etibarsız sayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az