AZ

İldırım vuran qadının göz rəngi dəyişdi - FOTO

Avstraliyanın Kvinslend şəhərindən olan 30 yaşlı Karli ildırım vurduqdan sonra özündə qeyri-adi dəyişiklik hiss edib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, ildırıma böyük maraq göstərən gənc qadın 2023-cü ilin dekabrında foto çəkmək üçün fırtına zamanı çölə çıxıb.

“Qollarımdan aşağı titrəmə dalğalarını hiss etdim. Güzgüyə baxanda göz bəbəklərimin həddindən artıq genişləndiyini gördüm. Sanki narkotik qəbul etmişdim. Tər içində idim, başım gicəlləndi və qəribə bir şəkildə huşumu itirdim. Sonra birdən bütün əzalarımı hiss etdim və bir qarış da hərəkət edə bilmədim" – o söyləyib.

Karlinin otaq yoldaşı dərhal təcili yardım çağırıb. Bu zaman onun əlləri və ayaqları göyərmişdi, yalnız başını və boynunu hərəkət etdirə bilirdi.

Xəstəxanada həkimlər Karliyə keraunoparaliz (müvəqqəti iflicə səbəb olan ildırım vurması nəticəsində yaranan nadir nevroloji vəziyyət) diaqnozu qoyub.

Bu hadisədən sonra Karli doqquz saat hərəkət edə bilməyib.

İki həftə ərzində demək olar ki, tam sağalan qadın yaşıl olan göz rənginin tünd qəhvəyiyə döndüyünü bildirib.

"Onlayn araşdırma zamanı öyrəndim ki, elektrik cərəyanı vuran insanlarda göz rənginin dəyişməsi nadir hadisə deyil. Statistikaya görə, əgər kimisə bir dəfə ildırım vurarsa, onu yenidən vurma riski daha yüksəkdir. Ona görə də mən artıq fırtınalı havada qətiyyən risk etmirəm", - deyə Karli əlavə edib.

Billurə Yunus


 

Seçilən
27
1
olke.az

2Mənbələr