BAKI,TurkicWorld
Fələstin Qızıl Aypara Cəmiyyəti, İsrail ordusunun mühasirəyə aldığı Rəfahda tibb işçilərinin aqibətindən xəbər olmadığını bildirib.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyəti, Qəzzanın cənubunda yerləşən Rəfah şəhərindəki mühasirədə 9 tibb işçisinin taleyinin məlum olmadığını açıqlayıb.
Bəyanatda, Fələstin Qızıl Aypara Cəmiyyətinin öz komandalarının təhlükəsizliyi barədə dərin narahatlıq ifadə etdiyi və İsrailin məsuliyyət daşıdığı vurğulanıb.
Ayrıca, beynəlxalq ictimaiyyətə müraciət edərək, xilasetmə qruplarının mühasirəyə alınan Tel əl-Sultan bölgəsinə çatması üçün təcili hərəkətə keçilməsi çağırılıb. Martın 23-də verilən ilk açıqlamada isə İsrail ordusunun xilasetmə maşınlarını mühasirəyə aldığı, nəticədə bəzi tibb işçilərinin yaralandığı bildirilib.
Qeyd edək ki, Fələstin Qızıl Aypara işçilərinin beynəlxalq müdafiəsinin təmin edilməsi tələbi də irəli sürülüb.