AZ

Avropa Ittifaqı Rusiya banklarının SWIFT-ə qaytarılmasına icazə verməyəcək

Bakı. Trend:

Avropa İttifaqı Rusiyaya qarşı sanskiya rejimini yumşaltmaq vərus banklarının SWIFT sisteminə qaytarılmasına icazə verməkniyyətində deyil.

Trend xəbər verirki, bu barədə xarici KİV-lər avropalı diplomatlara istinadənyazır.

Yanis Klüqe - Almaniya Beynəlxalq Münasibətlər və TəhlükəsizlikSiyasəti İnstitutunun baş elmi işçisi qeyd edib ki, SWIFT sistemiBelçikada yerləşir və buna görə də Avropa qaydalarına və Aİ-ninsanksiya qanunvericiliyinə tabedir.

O Macarıstan kimi ölkələrin Rusiyaya qarşı sanskiyalarınuzadılmasına əngəl olmağa çalışacağını bildirsə də, əmindir ki,Vaşinqton Brüsseli Rusiya banklarını SWIFT sisteminə qaytarmağaməcbur edə bilməyəcək.

Qeyd edilir ki, ABŞ administrasiyasının Qara dənizdə atəşkəsbarədə sazişin qüvvəyə minməsi üçün Rusiyaya qarşı istənilənsanksiyasının ləğvinə dair Brüsselin razılığının alması tələbolunur.

Qeyd edək ki, bundan əvvəl Rusiya KİV-də Rusiya banklarınınyaxın gələcəkdə SWIFT sisteminə qaytarılacağı ilə bağlı məlumatlaryayılmışdı.

Kreml bəyan etmişdi ki, ABŞ və Rusiya arasında Riyadda əldəolunmuş razılaşmanın 1-ci və 2-ci bəndləri yalnız Rosselxozbank vəRusiyanın digər maliyyə təşkilatlarına qarşı tətbiq olunmuşbeynəlxalq ticarət əməliyyatları ilə bağlı sanksiyaməhdudiyyətlərinin ləğv edilməsi və onların yenidən SWIFT sisteminəqoşularaq, müvafiq müxbir hesabların açılmasından sonra qüvvəyəminəcək.

Seçilən
106
1
az.trend.az

2Mənbələr