AZ

Böyük Britaniyanın istixana qazı emissiyaları azalıb

London, 27 mart, AZƏRTAC

Böyük Britaniyada istixana qazı emissiyaları 2024-cü ildə 4 faiz azalaraq 371 milyon ton karbon qazı ekvivalentinə düşüb.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bu barədə ölkənin Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Departamenti (DESNZ) ilkin hökumət məlumatlarına istinadən məlumat yayıb. Azalmanın əsas səbəbləri kimi ölkənin son kömürlə işləyən elektrik stansiyasının bağlanması və sənaye sektorundakı emissiyaların aşağı düşməsi göstərilir.

“DESNZ”nin məlumatına görə, xüsusilə elektrik enerjisi sektorunda 15 faizlik azalma qeydə alınıb. Bu, ölkəyə elektrik idxalının artması, bərpa olunan enerjidən daha çox istifadə və kömürlə işləyən enerji istehsalının dayandırılması ilə əlaqələndirilir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
23
azertag.az

1Mənbələr