AZ

"Fənərbaxça" Super Liqa matçına ciddi itki ilə çıxacaq

"Fənərbaxça" Türkiyə Super Liqasının 29-cu turu çərçivəsində səfərdə "Bodrum"un qonağı olacaq.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi oyuna ciddi itki ilə çıxacaq. Edin Ceko komandaya kömək edə bilməyəcək.

38 yaşlı forvard Bosniya və Herseqovina millisinin Rumıniya ilə matçında zədələnib. Təcrübəli futbolçunun burnu sınıb.

Edin Ceko 2023-cü ilin yayından "Fənərbaxça"da çıxış edir. O, cari mövsümdə Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 19 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Bodrum" - "Fənərbaxça" qarşılaşması 28 mart tarixində Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

saytlarin hazirlanmasi

Seçilən
16
sportal.az

1Mənbələr