AZ

Uludağda ölənlərdən biri dünya çempionu imiş

Türkiyənin Bursa şəhərinin Uluduağ ərazisində yerləşən hoteldə baş verən yanğın nəticəsində xizək alpinizmi üzrə dünya çempionu Berkin Usta həyatını itirib.

Ölkə.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, Berkin Ustanın valideynləri də yanğın nəticəsində həyatlarını itiriblər.

Qeyd edək ki, bu gün səhər saatlarında baş verən yanğın zamanı 9 nəfər hoteldən qaça bilib, digər 3 nəfər xəstəxanaya yerləşdirilsə də həyatlarını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Həmidə İbrahimova

Seçilən
38
3
olke.az

4Mənbələr