Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırov Rusiya Milli Qvardiyasının “Hərbi fərqlənməyə görə” idarə medalı ilə təltif edilib.
Ucnoqta.az xəbər verir ki, Adam Kadırov 2023-cü ilin noyabrından Çeçenistan rəhbərinin Təhlükəsizlik Xidmətinə rəhbərlik edir.
Həmin ilin oktyabrında o, Çeçenistan Respublikasının Qəhrəmanı adına layiq görülüb.
2024-cü ilin avqustunda isə respublikanın ali mükafatı olan Kadırov ordeni ilə təltif edilib.
Xatırladaq ki, Adam Kadırov 2007-ci il noyabr ayında anadan olub.