Transfermarkt" portalı Almaniya Bundesliqasında çıxış edən futbolçuların yeni bazar qiymətlərini açıqlayıb.
Fanat.Az xəbər verir ki, ən çox ucuzlaşan 4 futbolçudan "Leyptsiq"in yarımmüdafiəçisi Xavi Simons olub.
Niderlandlı oyunçu 10 milyon avro dəyər itirib. Hazırda Simonsun qiyməti 70 milyon avrodur.
"Leyptsiq"in digər üzvü Ksaver Şlaqer, "Bayern Münhen"in vingeri Serj Qnabri və Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Yulian Brandt da onun qədər ucuzlaşıblar.