Kreml Moldovanın Qaqauz Muxtar Vilayətinin rəhbəri Yevgeniya Qutsulun onun azadlığa buraxılmasına köməklik göstərilməsi xahişi ilə Rusiya Prezidenti Vladimir Putinə müraciətinə baxıb.
Publika.az xəbər verir ki, bu barədə TASS-a Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib .
“Bəli. Oxuduq”, - deyə, müvafiq suala cavab verib.
Kremlin sözçüsü Moldova hakimiyyətinin respublika əhalisinin əhəmiyyətli hissəsinin dəstəyini alan siyasi rəqiblərini qorxutmaq üçün gücdən istifadə etmək yolunu tutduğunu da bildirib.