“Atletiko”nun və Fransa yığmasının hücumçusu Antuan Qrizmann Madrid klubunda qalmaq niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Klub rəhbərliyi və futbolçu beynəlxalq oyunlar üçün yaranan fasilə zamanı danışıqlar aparıb və hər iki tərəf davam etmək barədə razılığa gəlib.
Komandanın baş məşqçisi Dieqo Simeone Qrizmannın cari mövsümdəki çıxışından razı qaldığı üçün klub futbolçu ilə yeni müqavilə imzalamağa hazırdır.