AZ

"Udineze"nin müdafiəçisi “Mançester Yunayted”in hədəfində

"Mançester Yunayted" "Udineze"nin mərkəz müdafiəçisi Oumar Sole ilə maraqlanır.

90deqiqe.Az-ın "Messaggero Veneto"ya istinadən verdiyi xəbərə görə, İtaliya çempionatının klubu fransız futbolçunu satmağa hazırdır, lakin 40 milyon avrodan aşağı qiymətə buna razı olmayacaq.

"Qırmızı şeytanlar" 25 yaşlı futbolçunun transferi üçün bu yaxınlarda futbolçunun agenti və klubu ilə danışıqlara başlayacaq.

Sole bu mövsüm A Seriyasında 10 matçda iştirak edib və 1 məhsuldar ötürmə edib. 25 yaşlı futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, fransız futbolçunun bazar dəyəri 14 milyon avrodur.

Seçilən
33
90deqiqe.az

1Mənbələr