İngiltərə Premyer Liqasında yeni mövsümün yay transfer pəncərəsinin vaxtı bəlli olub.
Apasport.az xəbər verir ki, bu dəfə keçid dövrü iki hissədən ibarət olacaq.
Transfer pəncərəsinin ilk dövrü iyunun 1-dən 10-dək olan müddəti əhatə edəcək. Belə yenilik klublararası dünya çempionatına qatılacaq komandaların heyətini gücləndirməsinə xidmət edir. İyunun 16-da yenidən açılacaq transfer pəncərəsi sentyabrın 1-də bağlanacaq.
Qeyd edək ki, iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək çempionatda İngiltərəni “Mançester Siti” ilə “Çelsi” təmsil edəcək.
“Neftçi”dən darmadağın, “Araz-Naxçıvan” rəqibinə şans tanımadı
“Difai”dən taleyüklü qələbə, “Karvan” xal itirdi
Region Liqasında qalmaqal - 5 qırmızı vərəqə
Lənkəran klubu ölkə çempionatından kənarlaşdırıldı
İntizam Komitəsinin iclası keçirilib - Bütün qərarlar