AZ

Türk serialları ilə bağlı GÖZLƏNİLMƏZ ÇAĞIRIŞ

Rusiyalı müğənni Lolita Milyavskaya qanunvericilərdən türk seriallarını qadağan etməməyi xahiş edib.

Publika.az xəbər verir ki, o, bu bununla bağlı "Telegram" kanalı vasitəsi ilə müraciət ünvanlayıb.

Milyavskaya türk seriallarının doğum nisbətini artıracağına əmindir. Sənətçi zarafatca deyib ki, qadınlar gözlərini yumaraq öz çirkin ərinin yerinə xarici ulduzları təsəvvür edirlər.

"Yaxşı, bunu belə sınayın. Yanınızda çirkin bir qadın var, gözlərinizi yumursunuz, üstünüzdə isə Ancelina Coli var. Baxmayaraq ki, o da çirkindir. Mən arıq insanları sevmirəm", - Lolita deyib.

Lolita türk seriallarına qadağa qoyulacağı təqdirdə Çin və Monqol seriallarına keçəcəyini bildirib.

Seçilən
12
1
publika.az

6Mənbələr