Türkiyənin “Roketsan” şirkəti tərəfindən inkişaf etdirilmiş İHA-122 səsdən sürətli raketinin növbəti dəfə “Bayraktar TB3” pilotsuz uçuş aparatından (PUA) atış sınağı yerinə yetirilib.
“Poliqon” xəbər verir ki, bu barədə “Roketsan” şirkəti məlumat yayıb.
Sınaq zamanı 300 fut (91 metr) yüksəklikdə uçan “Bayraktar TB3”dən atılan İHA-122 raketi 20 km uzaqlıqdakı suüstü hədəfi dəqiqliklə vurub.