AZ

Rubio Əkrəm İmamoğlunun həbsinə belə reaksiya verdi

ABŞ dövlət katibi Marko Rubio Türkiyədə, xüsusilə vəzifəsindən uzaqlaşdırılan İBB sədri Əkrəm İmamoğlunun həbsi ilə bağlı davam edən etirazlar fonunda müşahidə olunan "qeyri-sabitlikdən" narahatlığını ifadə edərək, ölkəsinin Türkiyə hakimiyyəti ilə əməkdaşlıq etmək əzmində olduğunu vurğulayıb.

"Cebheinfo.az" "Reuters"-ə istinadən xəbər verir ki, dövlət katibi rəsmi açıqlamalarında ABŞ administrasiyasının Suriya və digər məsələlər üzrə Ankara ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.

Onun sözlərinə görə, Donald Tramp ABŞ Prezidenti kimi ilk müddətində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla çox yaxşı işgüzar münasibətləri olub.

Rubio vurğulayıb  ki, Vaşinqton bu münasibətləri bərpa etməyə və bir sıra məsələlərdə əməkdaşlıq etməyə çalışır.

O, Türkiyədəki vəziyyətdən narahatlığını ifadə edərək deyib:

"Biz vəziyyəti izləyirik. Müttəfiqlərimizdən hər hansı birində belə bir qeyri-sabitliyin olmasını istəmirik".

ABŞ dövlət katibinin Suriya ilə bağlı bəyanatı, ölkədə qurulacaq yeni hökumətə yanaşmasının hələ də qeyri-müəyyən qaldığı bir vaxta təsadüf edir.

Bu hadisələr Ankaranın Dəməşqdəki yeni hökumətlə münasibətlərində 2011-ci ildə başlayan vətəndaş müharibəsinə görə illərlə görünməyən əməkdaşlığın müşahidə edildiyi bir dövrdə baş verir.

Bundan öncə Tramp Suriya məsələsindən uzaqlaşmaq istədiyini bildirmiş, keçən ilin yanvar ayında "Suriyanın onsuz da kifayət qədər problemi var" deyərək, Ankaranın orada üstünlük qazandığını vurğulamışdı.

Seçilən
12
cebheinfo.az

1Mənbələr