Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul Kişinyovdakı Çekani sektorunun məhkəməsinə aparılıb və orada onun 30 sutkalıq həbsi məsələsi həll olunacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Məhkəmə iclası qapalı keçiriləcək.
Martın 25-i axşam saatlarında Qutsul Kişinyov hava limanında 72 saatlıq saxlanılıb. Moldovanın Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Mərkəzi onun seçki fondlarının maliyyə vəsaitlərinin idarə edilməsi prosedurunun pozulması, seçkilərdə rəqiblərin qanunsuz maliyyələşdirilməsi, 2023-cü il seçkiləri ilə bağlı sənədlərin və bəyannamələrin saxtalaşdırılması ilə bağlı açılmış cinayət işi çərçivəsində saxlanıldığını bildirib.
Respublikanın prokurorluğu Qaqauziya rəhbərinin həbsini tələb edib.
Bizim.Media