AZ

Xameneyinin müşaviri: “İran bütün yolları bağlamayıb, əksinə…”

ISNA xəbər verir ki, bu gün İranın ali rəhbərinin müşaviri və Xarici Əlaqələr üzrə Strateji Şuranın sədri Kamal Xərrazi ABŞ-la danışıqlar barədə deyib:

“İran danışıqlar üçün bütün yolları bağlamayıb, əksinə, qarşı tərəfi dəyərləndirmək, şərtlərini açıqlamaq və müvafiq qərar qəbul etmək üçün dolayı danışıqlara hazırdır. Bu gün Trampın son mövqeyi və məktuba istinadların Qərb mediasında da geniş paylaşılması ölkədə ikiqütblü ab-hava yaratmaq məqsədi daşıyır”.

Xərrazinin sözlərinə görə, “Tramp İranla münasibətləri yaxşılaşdırmaq istəyir, ancaq ABŞ-nin hökumət strukturunda da buna qarşı çıxanlar var”.

O, “ABŞ-nin əsl strategiyası nədir?” sualına cavab olaraq vurğulayıb ki, “ABŞ iqtisadi sanksiyaların və hərbi təhdidlərin gücləndirilməsi fonunda İranı danışıqlara dəvət etmək istəyir”.

visiontv.az



Seçilən
10
visiontv.az

1Mənbələr