AZ

"Arka Sokaklar"da gözlənilməz ayrılıq - Serialda 13-cü ili idi - FOTO

Türkiyənin ən uzunömürlü seriallarından biri olan "Arka Sokaklar"da gözlənilməz ayrılıq yaşanacaq. 

Milli.Az haberler-ə istinadla xəbər verir ki, serialın sevilən aktrisası Özlem Çınar yenidən ekranlara vida edəcək.

2006-cı ildə "Arka Sokaklar" serialına qatılan və Aylin obrazı ilə tamaşaçıların sevimlisinə çevrilən Özlem Çınar 2019-cu ildə də serialdan ayrılmışdı. Lakin bir müddət sonra geri qayıdan aktrisa bu dəfə seriala birdəfəlik vida edəcək. Onun hekayəsinin 710-cu bölümdə sona çatacağı bildirilib.

Çınarın obrazının hekayəsi tamamilə bitdiyi üçün aktrisa layihədən ayrılacaq. 

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
57
1
milli.az

2Mənbələr