AZ

ABŞ-da tualet kağızı tükənəcək

Prezident Donald Trampın Kanada taxta-şalbanına tətbiq etdiyi rüsumlar səbəbindən ABŞ tualet kağızı istehsalında böyük problemlərlə üzləşə bilər.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

Nəşr "Yumşaq ağac taxtası tarifləri heç kimin onsuz olmaq istəmədiyi bir şey üçün tədarük zəncirini pozur: tualet kağızı", deyə qeyd edib.

Qeyd edək ki, ABŞ prezident administrasiyası Kanada ağaclarına tarifləri ikiqat artıraraq 27%-ə çatdırmağı planlaşdırır və əlavə ödənişlər potensial olaraq 50%-ə çatır.

Seçilən
124
1
publika.az

2Mənbələr