Bakı. Trend:
Bakı Təşəbbüs Qrupu Fransanın dənizaşırı ərazilərində insanhüquqlarının pozulmasını pisləyir və müstəqil hərəkatlara, ocümlədən Kanakadakı (Yeni Kaledoniya) hərəkatlara dəstəyini ifadəedir.
Trend xəbərverir ki, bunu bu gün Bakı Təşəbbüs Qrupunun icraçı direktoru AbbasAbbasov“Kolonializm: Milli-dini kimliyin silinməsi” mövzusundakeçirilən beynəlxalq konfransa həsr olunmuş mətbuat konfransındadeyib.
Onun sözlərinə görə, siyasi məhbusların həbsləri təkcə Kanakadadeyil, Fransanın digər dənizaşırı ərazilərində də aparılır ki, buda sistemli insan haqlarının pozulmasından xəbər verir.
"Biz həmişə olduğu kimi, bütün müstəqillik tərəfdarlarınıdəstəkləyəcək və onların hüquqları uğrunda mübarizə aparacağıq.Fransa Kanaka ilə dialoq qurmağa çalışır, lakin hələlik nəticəyoxdur. Bakı Təşəbbüs Qrupu bu prosesdə vasitəçi kimi çıxış etməyəhazırdır və Fransadan bütün dənizaşırı ərazilərdə insanhüquqlarının pozulmasına son qoymağı tələb edir", - o bildirib.