Türkiyənin Bursa vilayətinin Uludağ rayonunda oteldə baş verən yanğına görə 5 nəfər saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, saxlanılanlardan biri hoteli idarə edən şirkətin meneceridir.
Qeyd edək ki, yanğın zamanı 24-cü Pekin Qış Olimpiya Oyunlarında Türkiyəni təmsil edən xizəkçi Berkin Usta və atası həlak olub.
Xizəkçinin anası Fikriye Usta isə tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, yanvarın 21-i Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortunda “Grand Kartal” hotelində də yanğın baş verib. Yanğında ümumilikdə 78 nəfər həlak olub. Baş verən faciədən sonra Türkiyə hotellərində yoxlamalar aparılmağa başlanılıb.
Bizim.Media