Bakı. Trend:
Müstəmləkə irsi Fransız Qvianasının milli kimliyinə vəmədəniyyətinə təsir etməyə davam edir.
Trend xəbərverir ki, bunu bu gün Dekolonizasiya və Sosial Azadlıq Hərəkatınınüzvü (Fransız Qvianası) Dominik Monte “Kolonializm: Milli-dinikimliyin silinməsi” mövzusunda keçirilən beynəlxalq konfransa həsrolunmuş mətbuat konfransında deyib.
"Fransa bizə öz dövlət radiosunu, televiziyasını, məktəbproqramlarını, tarixini və müxtəlif icmalarını sırıdı. Biz, yerlixalqlar, əslində kim olduğumuzu anlamağa çalışaraq özümüzüitirilmiş hiss edirik", - o bildirib.
O vurğulayıb ki, bir müddət sonra yerli sakinlər özlərinifransız kimi identifikasiya etməyə başladılar.
"Bu gün Qvianada öz müqəddəratını təyinetmə hərəkatı mövcuddur.Biz öz kimliyimizi dərk etməyə çalışır, mədəniyyətimiziformalaşdırır və tariximizi öyrənirik. Uzun müddət bizədanışılmayan gizli tarixi mövzulara həsr olunmuş konfransların sayıgetdikcə artır", - o bildirib.