AZ

Qonçarenko: ABŞ ilə resurs müqaviləsi layihəsi Ukraynanın bütün resurs bazasını əhatə edir

Kiyevə təqdim edilən ABŞ ilə resurs müqaviləsi layihəsinə Ukraynanın bütün resurs bazası, o cümlədən özəl mədən şirkətləri daxildir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksiy Qonçarenko öz Telegram kanalında danışıb.

“Yalnız dövlət resursları haqqında saziş? Xeyr! Müqavilə layihəsi Ukraynanın bütün resurs bazasını – təkcə dövlət şirkətlərini deyil, həm də özəl mədən müəssisələrini əhatə edir”, – o yazıb.

Deputat qeyd edib ki, hazırkı layihə çərçivəsində bütün təbii sərvətlərin, o cümlədən qaz, neft, metal və faydalı qazıntıların çıxarılmasından əldə olunan gəlirlər xüsusi fonda köçürüləcək. Həmçinin Kiyevdən Vaşinqtona bütün mədən layihələri haqqında məlumat verməsi tələb olunacaq və bütün yeni layihələr əvvəlcə birgə fonda təklif olunacaq.

Seçilən
180
nocomment.az

1Mənbələr