AZ

“44 günlük müharibədəki gerçək drakonlar…” – VİDEO

  Bir daha deyirəm: ölkədən gedəcəm, hansı ölkəyə gedəcəyimi sonra biləcəksiniz.

Referans.az xəbər verir ki, bu sözləri tanınmış aktyor və rejissor Rza Rzayev (Drakon) Axar TV-yə geniş müsahibəsində deyib.

O bildirib ki, ölkədən getməsi Azərbaycana qarşı küskünlüyü deyil:

“Bizim Azərbaycana sevgimiz əbədidir, ürəyimiz hər zaman Azərbaycanla döyünəcək. Hətta mənim imzam da Azərbaycanı ifadə edir. Xaricə film çəkmək üçün getmirəm, yaşamaq üçün gedirəm”.

 Aktyor xatırladıb ki, 2-3 aydır ölkədən gedəcəyini anons edib, əlaqədar qurumlardan heç kim onunla əlaqə saxlamayıb:

“Müvafiq qurumlardan heç biri zəng edib demir ki, sən niyə ölkəni tərk edirsən? Az-çox tanınan şəxsin ölkədən gedəcəyinə niyə bəlli qurumlar reaksiya vermir? Əgər biz bu ölkədə heç kimə lazım deyiliksə, elə getsək yaxşıdır”.  


Seçilən
22
1
referans.az

2Mənbələr