Bakı. Trend:
Martın 28-də Azərbaycan Respublikasının BelarusRespublikasındakı Səfirliyinin və Silahlı Qüvvələrinin hərbiattaşelik aparatının nümayəndələri, həmçinin Belarusun Azərbaycanİcmaları Konqresi beynəlxalq ictimai birliyinin nümayəndələribirinci Qarabağ müharibəsində Vətənimizin ərazi bütövlüyü uğrundaəvəzsiz qəhrəmanlıqlar göstərərək döyüşmüş Azərbaycanın MilliQəhrəmanı, Belarus əsilli mayor Davidoviç Anatoliy Nikolayeviçinanadan olmasının 60-cı ildönümü ilə əlaqədar onun məzarını ziyarətedib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yadediblər.
Trend bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, mhərbi orkestr tərəfindən hər iki ölkənin Dövləthimnləri səsləndirilib.
Tədbir iştirakçıları, həmçinin Milli Qəhrəmanın anası KimaDavidoviçin evini ziyarət edib, onun səhhəti və qayğıları iləyaxından maraqlanıblar. Milli Qəhrəmanın anası övladının xatirəsinəolan ehtirama, eləcə də göstərilən diqqət və qayğıya görəAzərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyininrəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, A.Davidoviç 1992-ci ilin iyun ayının 13-də şəhidolub. Azərbaycan Respublikası Prezidentinin 3 iyul 1992-ci iltarixli Fərmanı ilə mayor Davidoviç Anatoliy Nikolayeviçə ölümündənsonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.