AZ

“Saturn” planetinin halqaları yoxa çıxıb

Bakı. Trend:

Beynəlxalq tədqiqatçılar Günəş sistemimiizin qaz nəhəngi -Saturn planetinin qəflətən halqalarından məhrum olduğunubildiriblər.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Saturn qaz tipli planetlərə aiddir və əsasən hidrogen və helium,metan, ammonyak və ağır metal qatqılarından təşkil olunub. Yersakinləri onu ilk növbədə ətrafında olan halqaları ilə seçə bilir.Onları ilk dəfə məşhur alim Qalileo Qaliley 1610-cu ildə kəşf edib.Halqalar buz və toz birləşməsindən ibarətdir və bəzi fərziyyələrəgörə onları formalaşdıran Saturnun təbii peyklərindən püskürənvulkanlardır.

Halqalar çox nazikdir və planetin ekvator müstəvisində dəqiqyerləşir. Onların qalınlığı təxminən dörd kilometrdir. Bununlabelə, çox genişdirlər, çünki on minlərlə kilometrə qədər uzanaraqmüəyyən bir mövqeyi tutur və müşahidə üçün əlçatandırlar.

Saturnun halqaları kifayət qədər geniş olduğundan və Yerəmüəyyən bucaq altında dönə bildiyindən, müşahidəçilər üçün olduqcagözəl bir mənzərə yaradır. Adi vaxtlarda Saturnun halqaları həttakiçik teleskoplarla belə aydın şəkildə görünür.

2025-ci ildə Saturnun halqalarının "yoxa çıxması" ilk dəfə 23martda müşahidə olunub, ikinci belə hal isə noyabrın 26-a təsadüfedəcək. Bu hadisə Yer kürəsinin istənilən nöqtəsindən müşahidəoluna bilər.

Növbəti belə kosmik hadisə isə 2031-ci ilə müşahidəolunacaq.

Məqalədə:
Seçilən
112
9
az.trend.az

10Mənbələr