AZ

 Fitrə-zəkat pulun kimə verək?!

On bir ayın sultanı olan Ramazan bütün insanları sevindirir.

Və gözəl ayda və gündə  kasıbların da ürəyi açılır.Çünki  bir balaca imkanı olan insanlar bu bayramda    kasıb və imkansız adamlar kömək edir, əl tuturlar.Yəni fitrə- zəkat verirlər. Və fitrə- zəkatı da hər adama vermək olmaz.Ancaq tanıdığın, imkanı olmayan, çətin yaşayan insanlara düşür bu fitrə.

Şəxsən biz hər il bu fitrəni tanıdığımız bir ailəyə veririk. O ailə heç ildə iki- üç dəfə ət almaq imkanına malik deyil. Qəribədir  ki, həmin ailə sıxıntısını, dərdini, qəmini heç kimə demir və heç kimdən də nəsə istəmir. Təbii ki, belə ailələr ölkəmizdə az deyil. Bu bayram günülərində onları sevindirməkdən  gözəl heç nə yoxdur. Bu, Allaha da xoş gedər!!!

Emil Faiqoğlu      

Seçilən
47
adalet.az

1Mənbələr