AZ

Məşhur Hollivud aktyorunun meyitinə hələ sahib çıxan yoxdur

Məşhur Hollivud aktyoru Cin Hekman və həyat yoldaşı Betsi Arakavanın ölümündən bir ay keçməsinə baxmayaraq cəsədlər hələ dəfn olunmayıb.

AzPost “Euronevs”ə istinadən bildirir ki, Oskar mükafat laureatı aktyorun, həyat yoldaşı Arakavanın və itinin qismən mumiyalanmış cəsədləri fevralın 26-da Nyu-Meksikodakı evlərində tapılıb.

Santa Fe qraflığının şerif ofisinin sözçüsü Denis Avila bildirib ki, məmurlar cəsədləri rifah yoxlaması zamanı aşkar ediblər. Arakavanın 65, Hekmanın isə 95 yaşı var idi.

Müstəntiqlər cütlüyün təbii səbəblərdən bir həftə ara verməklə öldüyünü təsdiqləyiblər. Arakavanın yoluxmuş gəmiricilərlə təmas nəticəsində ağır tənəffüs çatışmazlığına səbəb olan hantavirus ağciyər sindromundan (HPS) öldüyü bildirilir. Hekmanın kardiostimulyatorundan alınan məlumatlar onun Arakavanın ölümündən bir həftə sonra, fevralın 18-də öldüyünü göstərib.

Cütlüyün cəsədləri hələlik ailə üzvləri tərəfindən götürülməyib.

Hekmenin 2017-ci ildə vəfat edən keçmiş həyat yoldaşı Faye Maltesedən üç övladı var – Kristofer, Elizabet Cin və Lesli Enn. Lakin Hekmen uşaqlarının adını vəsiyyətinə daxil etməyib, bütün mirasını Arakavaya qoyub.

Bu ayın əvvəlində cütlüyün əmlak nümayəndəsi Culia Peters istintaq hesabatlarının, xüsusən də fotoşəkillərin və polis görüntülərinin ictimaiyyətə açıqlanmamsını tələb edib.

 

Seçilən
34
azpost.info

1Mənbələr