Dieqo Maradonanın ölümündən əvvəl daxili orqanlarında şişlik əmələ gəlib.
Publika.az xəbər verir ki, bunu sabiq futbolçunun meyitinin yarılma hesabatını hazırlayan ekspertlərdən biri, məhkəmə-tibb eksperti Karlos Maurisio Kassinelli deyib.
Argentina millisi ilə DÇ-1986-nın qalibi 2020-ci ilin noyabrında 60 yaşında vəfat edib. “Boka Xuniors” , “Barselona” və “Napoli”nin sabiq futbolçusunun ölüm səbəbi ürək tutması kimi göstərilsə də, müayinə Maradonanın ikinci dərəcəli kəskin ağciyər ödemi və xroniki ürək çatışmazlığının ağırlaşması nəticəsində dünyasını dəyişdiyini göstərib.
Mart ayında Argentinada Maradonaya həyatının son günlərində yardım göstərən tibb işçilərinin məhkəməsi başlayıb – 7 nəfər qəsdən adam öldürməkdə ittiham olunur və onları 8 ildən 25 ilə qədər həbs gözləyir.
“Müayinə başdan başladı. Beyin çox sıx idi və maye toplandığı üçün şişmişdi. Normal beyindən böyük idi. Sonra boynu müayinə etdik: plevra boşluqlarında hər birində yarım litrə yaxın maye tapdıq. Ağciyərlər çox şişmişdi, su ilə dolmuşdu.