Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası yekdilliklə 62/139 saylı qətnamədə autizmli insanların cəmiyyətin töhfə verən üzvləri kimi tam və mənalı həyat yaşaya bilmələri üçün onların həyat keyfiyyətinin artırılmasının zəruriliyinə diqqəti cəlb etmək üçün 2 aprel tarixini Ümumdünya Autizm Maarifləndirmə Günü elan etmişdir.
15 il əvvəl çoxlarımız üçün "autizm" anlaşılmaz bir termin idi. Bu gün isə o, yüz minlərlə Azərbaycan ailəsi üçün həyatı dəyişdirən bir realitiyadır. Lakin bu realitiyanın iki üzü var: bir tərəfdə ümidini itirmiş valideynlər, digər tərəfdə isə bu fəlakətdən qazanc əldə edən "şəffaf" biznes mərkəzləri.
Autizm Nədir və Niyə Artır?
Rəsmi tərifə görə, autizm *beynin qeyri-normal inkişafı* nəticəsində yaranan, sosial əlaqə çatışmazlıqları və təkrarlanan davranışlarla xarakterizə olunan bir vəziyyətdir. Lakin sual budur: “Niyə son 20 ildə Azərbaycanda autizm halları belə kəskin artıb?”
Statistika və Elmi Faktlar
Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə, hər 54 uşağın 1-i autizm spektrindədir. Azərbaycanda bu göstərici son illər xeyli artıb. İngiltərənin apardığı araşdırmada 20 autizmli uşaqlı Azərbaycan ailəsindən yalnız birində genetik meyillilik aşkar edilib. Bu da göstərir ki, halların əksəriyyəti ekoloji amillər, qida əlavələri və peyvəndlərin tərkibindəki ağır metallarla əlaqədardır.
Lakin bəziləri autizmi "fərqlilik" adlandıraraq bu problemlə üz-üzə qalan ailələri sakitləşdirməyə çalışır. Fərqlilik dərinin rəngi, dini və ya dilidir – “autizm isə xəstəlikdir” . Çünki autizmli uşaq özünə qayğı göstərə bilmir, həyatı boyu köməyə ehtiyac duyur. Autizm fərqilik olsaydı , onlara əlillik dərəcəsi və müavinat təyin olunmaşdı.
Problemin Kökləri: Niyə Gizlənir?
Autizmin xəstəlik kimi tanınması dövləti bir sıra tədbirlər görməyə məcbur edərdi:
- Su və qida təhlükəsizliyinin təmin edilməsi
- Peyvəndlərin tərkibinin yenidən nəzərdən keçirilməsi
- Xüsusi təhsil və sosial dəstək proqramlarının hazırlanması
Bir məsələnidə unutmayın ki, dövlət təminatında olan uşaq reablitasiya mərkəzləri Bakida belə çox azdır . bölgələrdə isə demək oalr ki ,yoxdur. Əlilliyi olan uşaga və ona qulluq ücün valideynə verilən müavinat , Ümümdunya Səhiyyə Təşkilatının 2018 il 31 avqust tarixli saglam qidalanma ücün lazım olan ərzaq (protokolunu ) səbətini belə ödəmir.
Psixoloji Mərkəzlərdə İstismar Sənayesi
Azərbaycanda autizm sahəsi qazanclı bir biznesə çevrilib. Valideynlər ümidsizlik içində hər cür "müalicə"yə qapılır, lakin əksər hallarda nəticə eynidir: uşaq sağalmır, valideynlər isə pulsuz qalır.
Bu mərkəzlərin reallığı:
???? Gözəl interyer, gülərüz xanımlar, parlaq reklamlar
???? 1 həftəlik kurs keçmiş "mütəxəssislər"
???? 45 dəqiqəlik seans üçün 30-40 manat
???? Uşaq (yüngül və qısa müddətli irəlləyişi nəzərə almasaq ) sağalmır, valideynə deyilir: "Daha çox təlim lazımdır, amma sizin pulunuz çatmayacaq."
Valideynlərə Məsləhətlər
Kor-koranə inanmayın. Psixoloji mərkəzlərin reklamlarına aldanmayın.
Təlimçinin sertifikatını yoxlayın. ABA, PECS kimi üsullar üçün ən azı 3 illik təhsil tələb olunur.
Huquqlarınızı bilin. Qanuna görə, xidmətin keyfiyyətini tələb etmək hüququnuz var.
( İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu. 5- ci maddə )
Nə Etməli?
✅ Elmi yanaşma axtarın (qida testləri, ağır metal analizləri).
✅ Düzgün terapiya metodlarını seçin (ABA, Ergoterapiya).
✅ İstismara yol verməyin.
Yadda saxlayın: Uşağınızın gələcəyi sizin əlinizdədir!
Əhməd Rəhmanov
Autizmli uşağı olan valideyn, ictimai fəal