Qaqauziya lideri Yevgeniya Qutsul həbs edilib.
Moldovanın Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul 20 sutka həbs olunub.
Operativ Media TASS-a istinadən xəbər verir ki, bununla bağlı Kişinyov məhkəməsi müvafiq qərar qəbul edib.
Qeyd edək ki, Qutsul bir neçə gün öncə Kişinyov aeroportunda saxlanılmışdı. O, Rusiya və Türkiyə liderlərinə məktub yazaraq, dəstək istəmişdi.