AZ

Ləyaqətli ölümün rezonansı (I yazı)

Ramazan bayramının ən gözəl günləri başlamışdı...
Ramazanın zövqün yenidən yaşadım. Ramazan həyatıma yenidən işıq saldı. Bir neçə il idi ki, səhhətimdə yaranmış kiçik problemlə bağlı oruc tutmağa ara verməli olmuşdum. Şükürlər olsun ötən yay bu problemi aradan qaldırdım və oruca qovuşdum.

Din dünyagörüşü tələb edir ki, insan qazandıqlarının zəkatın versin. Yalnız maddi qazancınınmı? Xeyr! Sağlamlığının da zəkatı var. Bərpa etdiyin və qazandığın sağlamlığının da zəkatı olmalıdır.

Sağlamsansa və müsəlmansansa, heç şübhəsiz ki, din dəyərlərini həyatına daşımalısan. Din dəyərləri həyatına məna qatmalıdır.
Bu yaxınlarda filosof Müşfiq Ötkünün bir maraqlı fikrin oxudum.
O deyir ki, ağıllı olmağın da zəkatı var. Bir ailədə ən ağıllı kimdirsə, onun öz ağlının imkanlarından digər bacı və qardaşları üçün də istifadə etməlidir. Dəqiq təsbitdir!

Oruc tutmaq ac qalmaqdan daha geniş yüklü anlayışdır.
Oruca uyğun dini ritualların olsa, lap yaxşı. Olmasa onu əvəz edən müqəddəs kitabımız da “oxu” buyruğuna sadiqliyini ifadə etməlisən. Bu dini dəyərlərin dərki üçündür. Din yolunda olub, dindən xeyli uzaq insanlar var. Din adamı deyil, amma getdiyi yol dinin buyruqlarına adekvatdır. Oxu müjdəsi din buyruqlarının dərk edilməsi üçündür. Ramazan ayında bir neçə kitab oxuya bildim. Bunlardan ikisi dini məzmunda oldu.

Biri Hacı Şahin Həsənlinin “Haradan başlamlı” kitabı, digəri isə İlqar Kamilin “Kostyumlu ölviya” oldu. Ramazanın bitməsinə 2 gün qalıb. Düşündüm ki, hər iki kitabla bağlı təəsuratlarını dostluğumda olan dindar qardaş və bacılarımla paylaşım. Ramazan da paylaşmaq, yardımlaşmaq ayıdır. Bu gün “Haradan başlamlı” kitabı haqqında təəsuratlarımın kiçik bir hissəsin yazacam.

Hər kəsin bu dünyadan bir formada gedəcəyi gün var. Əzaları ilə, yarımçıq bədəni ilə... Az adamın çiyinləri üzərində, çox insanın əhatəsində gedəcək son mənzilin mühüm fərqi var.
Haci Şahin Həsənli Azərbaycanda ölümü ilə sosial hadisə yarada bilən fenomenal din xadimi oldu.

Onun ləyaqətli ölümü də cəmiyyətdə rezonans yaratdı.
Xatırlayıram... Heydər məscidində keçirilən Hacı Şahinin ölümü ilə bağlı keçirilən mərasiminə gedəndə bütün şəhərin yasa batdığını bütün çılpaqlığı ilə gördüm. 7-dən 77-ə hamı hüzn, kədər içində idi.

Mübaliğəsiz demək lazımdır ki, Hacı Şahin çağdaş Azərbaycanın dini camiəsinin ən mühüm toparlayıcı gücü saymaq olardı. Çox böyük din avtoriteti idi. Xarizmatik və mütevazi insan idi. Dərin düşüncəsi və güclü ifadə bacarığı ilə seçilirdi. Onun xütbələrinə qulaq asmayanlar üçün “Haradan başlamlı” kitabın oxumaqla onu görmək yox, tanıya bilərlər.

Hacı Şahin “kabinet ilahiyyatçısı” deyildi, camaat içində olan din xadimi idi. O “Haradan başlamlı” sualına elə buradan başlamağı məsləhət bilir. Yeni dinlər və elmlər insanın xoşbəxt olmasına xidmət məqsədilə meydana çıxmağına baxmayaraq, onlar hələ də insanın bu “susuzluğunu” yatırmaq əvəzinə daha da artırıb. Bu “susuzluq” insanda ilk növbədə sakitləşmək tələb edir. Və özünə sual verməlidir: “Mən haradayam və hara gedirəm?”

Əvvəla qeyd edim ki, kitabı oxuduqca Hacı Şahinin dünyanın fikir sahiblərindən gətirdiyi uğurlu iqtibaslar onun nə qədər interdisiplinar mütailəyə malik olduğunu göstərir. Onun din xadimlərinə, Qurani-Kərimə istinad etməsi başadüşülən idi.
Lakin xüsusilə filosof və sosioloqlara yeri gəldikcə etdiyi istinadlar onun bir din xadimi olaraq nə qədər geniş mütailə zənginliyinə malik olmağının göstəricisi idi.

Kitabda xüsusilə sosioloq Erix Fromdan, İspan filosofu Xose Orteqa-i-Qassetdən, dünyaca məşhur tarixçi Frensis Fukuyama, Monteskyudan, məşhur yazıçı Dikkensdən, Cəmaləddin Əfqanidən, psixoanaltik Ziqmund Feryddən gətirdiyi iqtibaslar onun düşüncələrinə nə qədər güc-qüvvət verdiyini deməyə əsas verir.
Azərbaycan insanı bir din xadimi olaraq Hacı Şahindən mütəvazi olmağı və yaşamağı öyrənməlidir. O təkcə sadə yaşamağı tərcih etmirdi, həm da sadə danışırdı.

Ürəyə yol tapan təkcə sadə danışığı idimi? Xeyr!
Oxuduqca gördüm ki, həm də sadə yazmağı da bacarırdı
Hacı Şahin Həsənli...

(ardı var)

Məmməd Talıblı, İqtisadi Təhlil İnstitutunun rəhbəri

Demokratikmusavat.com 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

1Mənbələr