AZ

Vüsal heç-heçənin iştirakçısı oldu

Türkiyə I liqasında XXXI turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” evdə “Bandırmaspor”u qəbul edib. Görüş qolsuz bərabərliklə yekunlaşıb.

Matça ehtiyat oyunçular skamyasında başlayan Vüsal 72-ci dəqiqədə Ali Ülgeni əvəzləyib.

Aktivində 45 xalı olan “Boluspor” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Seçilən
53
futbolpress.az

1Mənbələr