AZ

DYP-dən yol hərəkəti iştirakçılarına MÜRACİƏT

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsinin səfərdən dönən yol hərəkətiiştirakçılarına müraciət edib.

Trend xəbərverir ki, müraciətdə deyilir:

"Bayram tətilində ayrı-ayrı bölgələrə səfər etmiş əhalinin daimiyaşayış yerlərinə qayıtması ilə əlaqədar magistral yollarda hərəkətintensivliyinin artması müşahidə olunur.

Baş Dövlət Yol Polisi İdarəsi Novruz şənliklərinin arzuolunmazhadisələr fonunda bitməməsi üçün yol hərəkəti iştirakçılarınamüraciət edərək onlardan təhlükəsizlik qaydalarına əməl etməyi,sürücülərdən yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi,sərnişinlərdən isə belə hallara qarşı biganə qalmamağı xahişedir.

Xüsusilə sürücüləri yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinintexniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgünqiymətləndirməyə, yolboyu ötmə və manevretmə qaydalarına, sürətrejiminə ciddi əməl etməyə çağırırıq.

Xatırladırıq ki, uzaq məsafə qət edən sürücü və sərnişinlər qısamüddətli istirahət üçün DYP-nin respublika əhəmiyyətli avtomobilyollarında yerləşən stasionar postlarında yaradılmış şəraitdənistifadə edə bilərlər".

Məqalədə:
Seçilən
113
41
az.trend.az

10Mənbələr