AZ

Fransanın müstəmləkəçilik siyasəti dərin tarixi izlər buraxıb - Mariya İzabella Saliqa

Bakı. Trend:

Fransanın müstəmləkəçilik siyasəti müstəmləkə zülmünə məruzqalmış xalqların mədəniyyət və adət-ənənələrinin tamamilə məhvedilməsinə səbəb olmuş, bu ölkələrdə hələ də hiss olunan dərintarixi sarsıntılar buraxmışdır.

Trend xəbərverir ki, bunu bu gün "Yeni Kaledoniya Sakit Okean İcmaları vəMədəniyyətləri Evi" (NCMCP) assosiasiyasının prezidenti Mariyaİzabella Saliqa Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən"Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalqkonfransda deyib.

O vurğulayıb ki, müstəmləkəçilik əzilən xalqların təkcə mədəniənənələrini yox, mənəvi yönümlərini də məhv etdi.

"Biz zorakılıqla Fransanın bir hissəsi olduq və bualçaqlıqların, sərvətlərin oğurlanmasının, dərman bitkilərihaqqında biliklərin məhv edilməsinin və müstəmləkəçiliyinmaraqlarına xidmət edən çirklənmə və iqtisadi inkişaf yolu iləmanipulyasiyaların ağır yükünü hələ də daşıyırıq", - obildirib.

Mariya İzabella Saliqa qeyd edib ki, Fransa öz keçmişmüstəmləkələri üzərində tam nəzarət istəyindən heç vaxt əlçəkməyib, bu xalqları tabeçilikdə saxlamağa çalışır. Bu, müstəmləkəquruluşunun tabeçiliyinin və qəbulunun əsaslarının qoyulduğuməktəblərdə təhsillə başlamış, ədalətsiz məhkəmə sistemi vəiqtisadi maneələrlə davam etmişdir.

Onun sözlərinə görə, bu gün Fransa müstəmləkəçiliyindən əziyyətçəkən xalqlar arasında şüurun canlanması müşahidə olunur. "Özmüqəddəratını təyinetmə və iqtisadi müstəqillik uğrunda hərəkatlaryaranır və bir çox ölkələr, o cümlədən Afrika da fransız zülmündənxilas olmağa çalışır", - o bildirib.

Seçilən
22
5
az.trend.az

7Mənbələr